Bu video çox uzun olduğu üçün Dtube-a yükləməkdə çətinlik yaşadım və 3 hissəyə böldüm. Bu , birinci hissədir.
Bu dərsimizdə Style Attributunun istifadəsinin 2-ci və daha asan yolunu öyrədəcəm sizə. Qeyd edim ki, 3-cü bir yol da var, hansı ki, o yol 1-ci , 2-ci yolların hər ikisindən fərqlidir . Lakin həmin yolu hələ öyrətməyi düşünmürəm.Gələn dərsimiz Class və Id'lər haqqında olmalıdır, ola bilsin, class və id-lər yerinə Style attributunu istifadə etməyin 3-cü yolunu da qeyd edim.
Dostlar , əslində mən Style attributunu istifadə etmək deyərkən CSS kodlarımızın istifadəsiniz nəzərdə tuturam , biz 2 yolla CSS kodlarımızı yazdıq . Qaldı son bir üsül . Style attributu ilə yazdığımız kodların hamısı CSS kodlarıdır. Belə deyim , Style = Css də demək olar. Artıq biz HTML-in içərisində CSS-dən də çox şey öyrənirik . Bundan sonrakı 2 dərs , Class & Id dərsləri və Css-i istifadə etməyin 3-cü yolu da CSS haqqında olacaq. Sonradan isə rahatlıqla tam olaraq HTML öyrənəcəyik.
Uğurlar hamıya !
▶️ DTube
▶️ IPFS