Hər il olduğu kimi bu ildə Aprel - May aylarında paytaxtımıza Bakıya getməyi planlaşdırırıq. İlk öncə bu vəziyyətə bir balaca mündəricat yazım hansı ki kitablarda müəllifin ön söz yazısı olur onun kimi. Biz Azərbaycanın Göyçay Rayonunda yaşayırıq. Rayonlar ölkə ərazisinin 95% dən artıq hissəsini əhatə etdiyi həmçinin kənd təsərrüfatı üçün lazım olan bütün tələbatı yerinə yetirdiyi halda tək inkişaf Bakıda yəni paytaxda gedir. Nə gözəl olardı başı sığallayıb üzə-gözə tər tumar verəndə geyimə də fikir verəsən əllərinə, ayaqlarına da diqqət yetirəsən. Bədənimiz baş yalnız ölü də olar. Dediyim dünyanın bir çox ölkələrində dövlətin inkişaf planı yalnız paytaxt üçün olur. Bu da o dövlətin inkişaf etməməsinin əsas səbəblərindən biri olur. Nəysə ən yaxşı dediyini hamı burda axtarır. Yəni fəhləsindən - doktoruna daha yaxşı xidmət, daha qazanc. Bu qayda ilə biz də hər il zəng edərək 2-3 gün öncədən qızım Zəhranı Celamik Göz Klinikasında Heyran xanımın qəbuluna yazdırdıq. Yolda gələrkən bir neçə yerlərdə şəkillər çəkərək bu anları blokchain üzərində xatirələrə çevirmək üçün bu postu yazmağı qərara aldım. Yolumuz 250 km təxminən 3 saatlıq idi. Səhər 7:00 da yollandıq paytaxta. 2 saatlıq yoldan sonra Qədr-Xum adlanan istirahət mərkəzində 10 dəqiqəlik dayanmağı biraz səhərin sərin hsvasından almağı düşündük.
Burda maraqlı heykəllər və çoxlu çöl quşlarına rast gələ bilərsiniz tovuzquşlarının pişik kimi səs çıxardığını bilirdinizmi. Mən də burda gördüm.
Uşaqların ceyranlarla olan şəkillərini 3 il öncə də çəkmişdik. Bir xatirə oldu yenidən çəkmək.
Yol boyu yeni texnologiyanın üstünlüklərindən faydalanan fermerlərin illərlə susuzluqdan yanan çölləri suvararaq yaşıllıqlara çevirdiyinin şahidi olduq. Lakin yollar ağır yük maşınlarının hərəkəti ilə bərbad vəziyyətə düşüb.
Artıq Bakıdayıq. Yolda olarkən 2017-ci ildən dost olduğum Rəvan ilə danışnışdım. Görüş yerini Ölkənin ikinci böyük şəhəri, sənaye şəhəri olan Sumqayıtda təyin etdik. Sumqayıta gedən mikroavtobuslar olan yerdən Sumqayıt bazarına ordan isə şəhər icra hakimiyyətini yanına getməli idim. İlk dəfə Sumqayıta gedirdim və heç bir yeri tanımırdım. Yolda müştərilərdən biri mən düşəcəyim ünvana gedirdi. Əla... artıq rahatlıq çökdü qəlbimə.
İsa adlı dostumuz da gəldi görüşdük müzakirələr etdik, Binance borsasında alış-satış stratejiləri haqqında fikirlərimizi bölüşdük. Nahar yeməyini yeyib saat 15:30 da ayrıldıq. Axşamı Açdı restoranında ailəmlə birlikdə şam yeməyini yedikdən sonra evə gəldik. Yorğunluqdan yatıb qaldım. o gün hikayəsini bu günə yazmaq qismət oldu. Səhəri gün Celamic göz klinikasında Zəhranın göz yoxlanışını da etdik. Hər şey çox gözəl. Heç bir problem olmamış keçən bir il ərzində.
İndi yenidən yaşadığımız evimizə Göyçaya dönürük.
Oxuduğunuz üçün təşəkkürlər. Sağlıqlı bə bərəkətli ömür arzulayıram sizlərə.
Merhaba,
Yazınız Trliste ekibi değerlendirmesi ile kürasyon kuyruğumuz tarafından oylanmıştır.
Trliste kürasyon kuyruğuna katılarak siz de Türkçe yazılara destek olabilirsiniz.
Trliste trail katılım anlatımı: https://hive.blog/hive-124065/@trliste/trliste-nin-doenuesue-yazar-baycan
Sevgiler @trliste
Təşəkkürlər Türkiyəm. Traile bende dahil oldum. İnşəAllah gücüm artarda faydam olur hər kəsə.
Yay! 🤗
Your content has been boosted with Ecency Points
Use Ecency daily to boost your growth on platform!
Support Ecency
Vote for new Proposal
Delegate HP and earn more, by @famil.
Hi there, please note our main community rule is that all travel posts must be pinned on pinmapple, https://pinmapple.com/ as stated on the community page. In order to get your post on Pinmapple, just click on the 'get code' at the top of the map and follow the instructions or check out the FAQ to get your post on the map. Also, our community rule states that all post must include English.
Can you please edit your post for these two points in order to prevent it being muted. Thanks
Thank you for the information. I will try to make adjustments.
The Hivebuzz proposal already got an important support from the community. However, it lost its funding few days ago and only needs a few more HP to get funded again.
May we ask you to support it so our team can continue its work this year?
You can do it on Peakd, ecency, or using HiveSigner.
Your support would be really helpful and you could make the difference! Thank you!Dear @famil, we need your help!
Əla gün keçirmisən.