"Söylədiklərin qarşındakının anladığı qədərdir." Yavaş-yavaş qızışıyorus. 15.04.2022

in OCD3 years ago (edited)

Bugün mənim günlüyüm bir az duzlu-məzəli keçib. "Özümə nəsə bir məşğuliyyət tapmasam məhv olaram" fikrindən tamam qurtula bilməmişəm. Amma cəhdlər edirəm.

İndiki cavanlar bilməz, bizim vaxtımızda belə uzun-uzadı seriallar olmazdı, ən uzun yerli serial uzağı 9-10 seriya olardı. Ağlımda qalan "Yağışdan sonra" serialı idi. Bircə yadımda qalan o idi ki, sevgililər axırda barışırlar. Evli, mutlu, cocuklu bir hekayə.

Yazın gəlişini həyətdə olan alça ağaclarının açmış çiçəkləri sənədli-sübutlu təsdiqləyir. Deyir ki, yaz gəldi, yaz gəldi. Mahnıda da elə deyir. Gül gülü çağırır, bülbül bülbülü. Oğuz elində Qazan xan da oğlu Turalı götürüb çıxır ov ovlamağa, quş quşlamağa. Quşlamaq demiş, səhər quşların səsinə oyanmışam, alça ağacı və quşlar. Söhbəti hara bağlayım bilmirəm.

20220414_140335.jpg

20220414_140326.jpg

Bir əhvalat yadıma düşdü, deməli, bir professor elmi mühazirə üçün zala daxil olur, baxır ki, salonda bir nəfər var, o da elm əhli deyil. Soruşur ki, hansı peşənin sahibisən, deyir mehtərəm. Mehtər sözünü bilməyənlər axtarıb tapsıblar.

Və danışmaqda tərəddüd edən alim mehtərdən soruşur ki, danışım ya danışmayıb? Fonda da Aygün ilə Namiq oxuyur..(danışım, danışmıyım, içimdə alışıb yanıram, Youtube vurun, tapln qulaq asın, yazı daha da maraqlı olacaq)

Mehtər deyir, mən sadə adamam, mövzunu anlamayacam, bütün atlarım axura gəlməyib, tək biri gəlsə onu bəsləyərdim, yemləyərdim. Alimə söz çatır, daannkk edir. Başlayır danışmağa. Düz iki saat dayanmır. Sonda deyir, necə idi? Mehtər yenə iki kəlmə, soxur gedir. Deyir, bütn atların yeməyini də bir ata verməzdim, onu partladıb öldürməzdim.

Yeni deməyim o ki, "nə qədər bilsən bil, söylədiklərin qarşıdakının anladığı qədərdir."

Niyə bunu yazmağı qərara aldım, soruşun. Elə insanlar ilə gündəlik həyatda rastlaşırıq ki, sən nə qədər danışsan da o anlaya biləcəyindən o tərəfə hamısı boşdur. Susmaq qızıldır. Atalara haqq verirəm.

20220414_081319.jpg

20220414_081255.jpg

Bu düşüncələrdə olmuşam bugün. Günü də beləcə başa vurdum. Həyat qısa, gün uzun, anlat-anlat bitməz. Yenə o pişik o havasındadır. Araz aşığından, Kür topuğundan.

20220414_075516.jpg

Onlardan fərqli olaraq bizi üzən düşüncələrimizdir. Hər kəslə baş edə bilərsən, insanı boğan öz düşüncələridir.

20220414_192500.jpg

Post steemit