1874-cü ildə Parisdə böyük bir rəssamlıq sərgisi keçirildi, burada 30 rəssamın 165 əsəri nümayiş olunmalı idi. Sərgi tənqidçilər və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmadı, tədbirdən sonra tənqidçi Lui Lerua belə bir fikir səsləndirdi: " Mən orda təəssüratdan başqa heç nə görmədim." Bu sözlər daha çox Klod Monenin "Təəssürat. Günəşin doğüşü" əsərinə aid edilmişdi.
Rəssamlqda impressionizm cərəyanı belə yarandı-Klod Monenin gördüyü ilk təəəssüratlarını kətana köçürdüyü əsərinin tənqid olunması ilə... ona görə də bu cərəyanın yaradılması Monenin adı ilə bağlıdır.
Klod Mone özü də bilmədən , rəngkarlıqda ön sıralarda gedən və arxasınca böyük bir rəssam axını aparan, həmişə nəhəng tamaşaçı kütləsinin marağına səbəb olan cərəyan yaratdı-İmpressionizm .
İmpressionist rəssamlar yalnız öz təəssüratlarını çəkirdilər, bu yüngül və rahat qavranıla biləcək, fəlsəfədən və psixologiyadan uzaq bir cərəyan idi.
Mone 1840-cı ildə Parisdə doğulub, uşaqlığı kiçik Qavr şəhərciyində keçib. O, hələ kiçik yaşlarından hamı kimi xüsusu qaydalara uyğun tərzdə yaşamaq istəmirdi. Məktəbi sevmirdi, təbiətlə təmasda olmağı daha çox xoşlayırdı və tez-tez dərsdən qaçırdı. Məktəbə gəldiyi zamanlarda isə dərs oxumur, yalnız müəllimlərinin karikaturalarını çəkirdi. Onun üçün əyləncəyə çevrilən bu vərdiş ətrafdakıların xoşuna gəlirdi.
On beş yaşı olanda o, artıq öz karikaturaları ilə məşhur idi, insanlar ona gülməli portretlər sifariş verirdilər, Klod bu karikaturaları 20 franka çəkirdi. O, öz həyatından və gördüyü işdən razı idi, elə ömrünün sonunadək karikatura çəkərək həm maddi, həm də mənəvi ehtiyaclarını ödəyəcəyini düşünürdü -rəssam Ejen Budenlə rastlamayana qədər.
Ejen Buden həmin dövrdə mənzərə janrında rəsmlər çəkən tanınmış rəssamlardan idi. O, Monenin daxilində gizlənmiş təbiəti duymaq və oxuya bilmək qabiliyyətini görə bildi, bu sirli və istedadlı gənclə bir müəllim kimi məşğul olmaq, onun gizli bacarıqlarını açmaq Budenə zövq verirdi.
Buden ona Parisə getməyi, ordakı rəssamlarla tanış olmağı, qalereyaları dolaşıb məşhur rəsm əsərlərinə baxmağı məsləhət görür. On səkkiz yaşlı Klod atasını çətinliklə də olsa yola gətirir və Parisə gedir, burda tanınmış rəssamlarla tanış olur- Pol Sezann, Edqar Deqa, Oqyüst Renuar...
Paris həmin dövrdə öz rəssamları, heykəltəraşları, musiqiçiləri ilə birlikdə, qaynayan sənət və gözəllik bulağına bənzəyirdi. Bütün bunlar- rəngkarlıq haqda söhbətlər, yeni dostlar və Parisin gözəllik və sənət qoxan havası Klod Moneyə öz təsirini göstərdi. Onun sonralar "İmpressionizm" adlanacaq istiqamətdə ilk əsərləri yaranmağa başladı.
1960-cı ildə Mone hərbi xidmətə cağrılır və iki il sonra geri dönür. Bir qədər keçmiş o, rəssamlıq universitetinə daxil olur, lakin tez bir zamanda rəssamı təəssüf hissi culğayır-Mone axtardığını burda tapa bilmir və məktəbi tərk edir...Bundan dərhal sonra o, həmin dövrdə yeni açılmış, gənc və istedadlı rəssamları bir araya toplayan rəngkarlıq studiyasına daxil olur.
Burada Klod eyni baxışları bölüsdüyü özü kimi gənc və yeni fikirli rəssamlarla tanış olur, ona lazım olan atmosferi və insanları kəşf etdikdən sonra özünü rənglərin ağuşuna atır...
Klod Mone rəsmlərini qapalı məkanda deyil, təbiətdə, açıq havada yaradırdı. O, daha çox təbiət mənzərələrini çəkirdi, ilk gördüyü mənzərənin ona bağışladığı təəssüratları yubanmadan fırçanın və rənglərin köməyilə yadda saxlamaq istəyirdi. Rəssam yalnız təbiətin həmin andakı gözəlliyini, ülviliyini kətana köçürürdü, o öz əsərləriylə bəşəriyyətə hər hansı bir mesaj vermək fikrində deyildi. Mone əsərlərini sadəcə sənət üçün və ruhunun dinclik tapması üçün yaradırdı.
Rəssam heç vaxt eskiz etməzdi, boyaları palitraya deyil, kətan üzərinə sıxar və elə ordaca işləməyə başlayardı. Onun əsərlərində dəqiqlik və insanı yoran cansıxıcı səliqə yox idi, rəsmlərdə diqqəti ilk cəlb edən rənglərin sayrışmasıdır. Məsələn, əgər Moneyə kimi bütün rəssamlar yarpağı yaşıl boya ilə çəkirdilərsə, o yarpağı sarı və göy rəngi qarışdıraraq çəkirdi.
Mone üçün natura çərçivəsi yox idi, o predmetləri, rəngləri istədiyi kimi dəyişib qeyri-standart bir formaya salırdı, buna baxmayaraq rəng və mövzu sərbəstliyi naturadan kənara çıxmır, həddini aşmırdı.
Ümumiyyətlə rəssam təəssüratı çatdıra bilmək üçün bir-birinin gücləndirən rənglərdən daha çox istifadə edirdi. Klod Mone yaradıcılığında rənglər bir-birini natamamlıqla tamamlayır, azad ruhun seçdiyi rəng axını, rəng düzümü insanı həyəcanlandırmaya bilmir.
Mone əsərlərində heç bir sosial problemə toxunmur, cəmiyyətə irad tutmur, qınamırdı. Rəssamın əsərlərində həyatın yalnız xoş, ürəkaçan tərəflərini görürük. Taxıl zəmiləri, əlvan çəmənlər, ot tayaları, körpülər və başqa bu kimi sadə mənzərələri təzadlı rənglərin qovuşması ilə heyrətamiz bir formaya salır, misilsiz kompozisiyalar yaradırdı.
Belə əsərlərin ilk yarandığı vaxtlarda cəmiyyət Moneni, mənasızlıqda, səliqəsizlikdə qınayırdı. Təəssüf ki, sadə insanlar və sənətşünaslar rəssamı çox gec anlaya bildilər. Mone xeyli sayda rəsm əsərləri yaradır, amma onları sata bilmirdi, bəzən yeməyə çörək, şəkil çəkməyə boya ala bilmirdi. Çox vaxt başladığı əsəri bitirməkdə çətinlik çəkirdi.
Rəssam bəzən portret janrına da müraciət edirdi. O, 1866-cı ildə Kamilla Donsye adlı qadının portretini çəkdi və bu portret ona digər əsərlərindən daha çox şöhrət gətirdi. 1870-ci ildə Mone bu qadınla evləndi, deyilənə görə rəssamın çəkdiyi bütün qadın portretlərində Kamilla təsvir olunub.
1971-78-ci illər arasında Mone Paris yaxınlığında, Sena çayının kənarında yerləşən Arjantey kəndinə köşür, bu onun həyatının ən gözəl günləri idi. Füsunkar təbiəti olan bu kənddə rəssam yaradıcılığının ən misilsiz nümunələrini yaradır. Kənd həyatı yaşamaq və yaratmaq üçün daha əlverişli idi, 1978-ci ildə o, Vetey kəndinə köçür, az sonra rəssamın sevimli arvadl Kamilla vərəm xəstəliyindən vəfat edir, onun iki oğlu qalır.
Klod Mone 1983-cü ildə Jivern kəndində ev alır, bir neçə ildən sonra ikinci dəfə Alisa adlı bir qadınla evlənir.72 yaşında rəssamın gözlərində katarakta xəstəliyi aşkar olunur, o, iki dəfə əməliyyat edilir. Monenin gözləri açılır, amma o artıq hər şeyi mavi və bənövşəyi çalarlarda görürdü. Dünya onun üçün yalnız bu iki rəngdən ibarət idi, buna baxmayaraq rəssam fırçasını yerı qoymur və onun yaradıcılığında yeni bir səhifə açılır.
Ömrünün son illərində çəkdiyi rəsmlərdə mavi və bənövşəyi rənglər dominantlıq edir, amma rəssam yenə öz üslubuna sadiq qalır. O, əsərlərində həmişəki kimi yenə də təbiətin bakirə gözəlliyini təsvir ediridi. Fırçası yalnız iki rəngi tanısa belə, suyun ləpələnməsində, yarpaqların titrəməsində, ağacların suya düşən kölgələrində nəhayətsiz bir sevinc hiss olunurdu.
Klod Mone 1926-cı ildə ağciyərlərinin xərçəngi xəstəliyindən dünyasını dəyişdi. O təkid etmişdi ki, dəfn mərasimi mümkün qədər sadə keçsin, ona görə də dahi rəssamla vidalaşma mərasimində cəmi əlli adam iştirak edirdi.
1981-ildən Monenin Jiverndəki evi və bağı turistlər üçün açıq elan olundu, o gündən rəssamın evi müxtəlif ölkələrdən gələn turistlərin ən sevimli gəzinti yerinə çevrildi. İnsanlar fransız rəssamlıq məktəbinin ən parlaq siması olan Klod Monenin əsərlərindəki sevinci, rənglərlə improvizə edilmiş sərhədsiz xoşbəxtlik hissini görmək, duymaq həvəsilə bu məkanı ziyarət edirlər.
Congratulations @taranaq19 ! You received a 10% upvote from @kryptoniabot & @kryptonia for your task of 404 SUP Today.
Remember to receive votes from @kryptoniabot
Run a task on Kryptonia.*Join free here Kryptonia Account
Use the tags KRYPTONIA or SUPERIORCOIN in your Steemit post.
Delegate to the Kryptonia Upvote by clicking links: 10SP , 50SP , 100SP , 500SP , 1000SP
Due to an increased amount of tasks, we have changed up the voting power to evenly spread out the Upvote amount.