Çin mənbələrində türklər

in #steemix6 years ago (edited)

Çin mənbələrində türklər.png

Du Huan (杜環) adlı çinlinin səyahətnaməsi olan Çinqsinqçi (经行记 - Mənim səyahətlərim) kitabından fraqment. Kitabın tam halı isə itib. Du Huan Çinin Hsian şəhərində doğulmuşdu. Ərəblərin çinliləri məğlub etdiyi 751-ci ildəki Talas döyüşündə əsir düşən Huan Bağdada kölə kimi aparılmış, azad ediləndən sonra ərəb dünyasını gəzmiş, Afrikaya ayaq basmış ilk çinli olmuşdu.

Afrikalıların rənglərindən, həyatlarının çətinliyindən və innab yemək sevgisindən danışan Du Huan ölkədə ərəb, bizans və zimzim inanclarının mövcudluğundan bəhs edir. Görünür o Efiopiyaya (Həbəşistana) gedibmiş. Müsəlmanların krallarına və valideynlərinə hörmətsizliyindən, donuz, it, at və eşşək yeməməsindən, içəndə özünü apara bilməməyindən yazır, bizanslı həkimlərin Sistiserkoz xəstəliyini vaxtından əvvəl müalicə edə bildiyini qeyd edirdi. Zimzimilərin (zərdüştilərin/atəşpərəstlərin) isə ən vəhşi xalq olduğundan bəhs edirdi, çünki onların inancına görə insest - bacı-qardaş evliliyi qanuni idi, yemək yeyəndə adam danışmaz inancı vardı. Həmçinin bu ölkənin xalqının xurma sevdiyindən də bəhs edir. Du Huana qəribə gələn şeylərdən biri də müsəlmanların bir insan cinayət törətdikdə fərdi günahlandırması idi. Çünki Çində bir şəxs cinayət törətdisə bütün ailəsi günahkar olurdu, 7ci dərəcədən bütün qohumları öldürülürdü.

Xilafət müsəlmanları isə Həbəşistandakılardan fərqli olaraq içmir, gündə beş dəfə ibadət edir, qadınları qapadırdılar. Du Huan hətta məsciddə xəlifənin xütbəsini dinləmişdi. Xilafətin qonşuları arasında Xəzərlərin adını çəkən bu çinli səyyah, Xəzərlərdən şimalda daha başqa bir türk xalqının yaşadığını, onların isə "öküz ayaqlı" və "adamyeyən" olduğunu qeyd edir.

761-ci ildә Çinә qayıdıb vә kitabını yazıb. (c) Cavid Ağa