Dünyanı əhatələyən korona qorxusu.

in #steempress5 years ago

Hal hazırda dünyanın bir çox ölkələrinə yayılan koronavirusu qorxuludur mu? Əslində qrip daha qorxuludur nəyinki koronavirusu. Çünki qripdən ildə təxminən bir milyon insan ölür. Koronavirusundan ölənlərin sayı isə qriplə müqayisədə dəfələrlə azdır. Üstəlik koronavirusundan sağalanların sayı da ölənlərin sayından dəfələrlə çoxdur. Bu da koronavirusunun düşünülən qədər qorxulu olmadığının sübutudur. Bu virusdan ölənlərin əksəriyyəti isə başqa xəstəliyi olanlar və yaşlılardır.


image

Koronavirusdan qorunmaq üçün isə bəzi gigiyena qaydalarına əməl etmək lazımdır. Evə gələn kimi əlləri sabunla yumaq, harda olduğunuzdan asılı olmayaraq əlləri tez-tez spirtləmək, çox insan olan yerlərdən mümkün qədər uzaq durmaq, insanlarla çox yaxın olub əllə görüşməkdən çəkinmək və s. Bəzilərinin fikrincə maska da bu virusdan qoruyur. Ancaq mən belə düşünmürəm. Filterli maskalar qoruya bilər. Lakin adi maskalar hava keçirdir və o maskalarında müddəti 3-4 saatdır. Heç kim isə 3-4 saatdan bir maska dəyişmir. Üstəlik maskanı taxdığı müddətdə də tez-tez çıxarır, rahat nəfəs almaq üçün aşağı endirlər. Bu da maskanı faydasız hala gətirir. Bu virusdan qorunmaq üçün pis, neqativ düşüncələrdən də uzaq olmaq lazımdır. Koronavirusunu düşünüb stress yaratmamaq, özünüzü qorxuya salmamaq və s. Yaxşı düşünün ki, yaxşı olsun.



Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2020/03/dunyani-%c9%99hat%c9%99l%c9%99y%c9%99n-korona-qorxusu