Buluddan əsərlər

in #tr6 years ago

Buludların havada yaratdığı rəsm əsərləri rəssamların və fotoqrafların daim hədəflərində olmuşdur. Əsasən günəşin batan zaman, yerə toxunuşu və buludların qırmızıya boyanması əsrarəngiz gözəllik sərgiləyir.


Qara buludların hirslənərək qılınclaşması və onlardan çıxan qığılcımlar nə qədər qorxulu görsənsə də, mənim gözləri qırpmadan izlədiyim mənzərələrdəndir.
Uşaq vaxtlarından buludlara baxmağı sevmişəm və onların sürətlə getməsini heyrətlə müşahidə etmişəm. Sanki onları uçan nəhəng pambığa bənzədirdim. Qanadları yox idi, ancaq quşlar tək havada azad idilər.

Mən fotoqraf olmasam da, olmağa çalışıram. Şəkil çəkmək isə artıq xobbimə çevrilib. Eyni yerdən fərqli saatlarda, müxtəlif mənzərə canlandıran buludları çəkməyim isə bir başqadır.


İnsanın həyatda özünə zövq verəcək işlərlə məşğul olması yaxşı cəhətdir. Çalışın özünüzü kəşf edin. Sizin marağınız nə üzrədirsə, o işi sevə-sevə edin, yaşayın ləzzət alaraq.
Oxuduğunuz üçün təşəkkürlər…
(Steem press)



Posted from my blog with SteemPress : https://samedli.000webhostapp.com/2019/04/buluddan-%c9%99s%c9%99rl%c9%99r
Sort:  

Altın sarısı gökyüzü ve pembe bulutlar çok hoş. Eline sağlık..

Teşekkür ederim 🤗, var olun..