Polşa xatirələri

in #tramvay6 years ago

tramvay1.jpg

Salam, Steemit oxucularım. Qeyd etdiyim kimi zamanla olduğum ölkə barədə tanıtım yazıları yazacam.
Bizim bu ölkə ilə tanışlığımız aeroportdan başladı. Varşavanın Frederik Şopen adına aeroportu elə də cah cəlallı aeroport hesab edilə bilməz. Açığı aeroportda çox vaxt keçirdə bilmədik. Avtobusları tanımadığımız üçün taksidən istifadə etməli olduq. Və burda təcrübəsizliyimiz özünü göstərdi. Sonralar öyrəndik ki, taksi xidmətinə ödədiyimiz məbləğin yarı qiymətinə Uberlə, dörddə bir qiymətinə isə avtobusla həmin məsafəni qət etmək mümkün imiş . Necə deyərlər qalsın qulluğunda. ))) Mənim xasiyyətimi bilənlər bilir ki, heç zaman olmuş keçmiş üçün üzülən adam deyiləm. Bu da bir təcrübə oldu bizimçün.
Başqa şəhərlərində də varmı bilmirəm amma bizim olduğumuz şəhərdə Miqavka adlanan nəqliyyat kartı var. Bunun üçün bir həftə əvvəldən qeydiyyatdan keçməlisən. Qeydiyyat üçün pasportun surəti və ya fotosu, özünüzün aydın seçilən fotonuz olmalıdır. Bu barədə geniş məlumat verə bilməyəcəyəm. Çünki qeydiyyatdan özüm keçməmişəm. Amma polyak dilini öyrənib bu haqda ayrıca müfəssəl məlumat hazırlayacam. Hə qayıdaq Miqavkamıza. Deməli bir həftə sonra sifariş edilmiş kartı götürmək üçün məntəqəyə yaxınlaşdım. Polşa pul vahidi ilə 90 zlot ödəyib Miqavkamı götürdüm. Qeyd edim ki, məktəblilər üçün bu məbləğ 10 zlot edir. Bu nəqliyyat kartı ilə şəhər daxili bütün nəqliyyatlardan limitsiz istifadə mümkündür. Qeyd edim ki, olduğumuz şəhərdə tramvay əsas nəqliyyat vasitəsidir. Bundan əlavə avtobus və elektrik qatarı da var. Elektrik qatarının şəhər daxili dayanacaqlarında Miqavka keçərlidir. Lakin şəhərdən çıxacaqsınızsa o zaman bilet almalısınız.
Qeyd edim ki, şəhərə müvəqqəti gəlmisinizsə və ictimai nəqliyyatdan nadir hallarda istifadə edəcəksinizsə o zaman Miqavka almağa ehtiyac yoxdur. Bütün tramvay və avtobuslarda avtomat bilet satan mövcuddur. Bəzi dayanacaqlarda da bu biletsatılan avtomatları tapa bilərsiniz. Yenə də əgər məktəbli deyilsinizsə o zaman 2.8 zlot dəyərində bilet almalısınız. Yox əgər məktəbli kartınız varsa o zaman 1.4 zlot dəyərində biletlə kifayətlənə bilərsiniz.
Avtomat bilet satanlar iki cür olur. Nağd pul ilə işləyənlər, kartla ödənişi vacib olanlar. Kartla ödəniş mümkün olan biletsatan avtomatlar yalnız Polşa banklarına məxsus kartları qəbul edir. ( Bu məlumat dəqiq olmaya bilər. Çünki mənə belə məlumat verilib. Miqavkam olduğu üçün də əksini yoxlamamışam. ) Bundan əlavə Blik kod deyilən anlayış da var ki, bu da sizin telefonunuzda kartınızın aid olduğu bankın aplikasıyasından istifadə etməklə mümkündür. Deməli avtomata ödənişi Blik kodla edəcəyinizi komanda verirsiniz və telefonunuza bank tərəfindən göndərilən 6 rəqəmli kodu daxil edirsiniz . Bankın aplikasındakı Blik kodu istifadə etdiyiniz barədə komanda verdikdən sonra avtomat sizə satın aldığınız bileti təqdim edir. “Təqdim edir” bir qədər gülməli alındı. )))) Amma bu adi Bakı kart bileti alanda olduğu kimi aşağıdakı şuşə qapaqlı qutuya düşür. Nağd pul ilə işləyən avtomatlar deyəsən ancaq dəmir pul qəbul edir. Və mənləğ nə olursa olsun xırdanı geri qaytarır.
Bileti aldıqdan sonra dərhal deşmək lazımdır. Bunun üçün də müvafiq aparat yaxınlıqda olur. Əgər bilet almısınızsa və deşilməyibsə nəzarətçi konduktor tərəfindən yerindəcə cərimələnə bilərsiniz. Nəzarətçi kondurktorların hansı dayanacaqda sizə yaxınlaşacağını qətiyyən bilmək olmaz. Çalışın cərimə olmayasınız. Nəzarətçi kondurtorlar cəriməni iki cür edirlər. Yerində dərhal ödəməklə cərimə, daha sonra tramvay parkına yaxınlaşıb ödəyəcəyiniz və şikayət edə biləcəyiniz cərimə. Açığı qanunları tam dəqiq bilmədiyiniz üçün şikayət edə biləcəyinizi düşünmürəm. Yox əgər siz nahaq cərimə olunduğunuzu düşünürsünüzsə o zaman haqqınızı sonuna qədər müdafiə etmək hüququnuz var.

Sort:  

Congratulations @jale-85! You have completed the following achievement on the Steem blockchain and have been rewarded with new badge(s) :

You made more than 2000 upvotes. Your next target is to reach 3000 upvotes.

You can view your badges on your Steem Board and compare to others on the Steem Ranking
If you no longer want to receive notifications, reply to this comment with the word STOP

To support your work, I also upvoted your post!

Do not miss the last post from @steemitboard:

New japanese speaking community Steem Meetup badge
Vote for @Steemitboard as a witness to get one more award and increased upvotes!

Congratulations @jale-85! You received a personal award!

Happy Birthday! - You are on the Steem blockchain for 1 year!

You can view your badges on your Steem Board and compare to others on the Steem Ranking

Vote for @Steemitboard as a witness to get one more award and increased upvotes!