Bu gün sizə özümün də yeni tanış olduğum Ketrin Baybi haqqında danışacağam. Daha doğrusu yazdığı romanlar barədə. Katrin Baybi 1968-ci il, mayın 1-də ABŞ-ın Vaşinqton ştatında doğulub. Həmin ştatda böyüyən Ketrin orta məktəbi bitirəndən sonra kino ulduzu olmaq həvəsi ilə Kaliforniyaya köçüb. Restoranlarda ofisiant işləməkən bezərək geri qayıdıb, sonra isə təhsilini davam etdirib. Tibb bacısı kimi şəhər təcili yardım stansiyalarında fəaliyyət göstərib. Sonralar boş vaxtlarında yazmağa başlayan Ketrin bestsellerlər müəllifinə çevrilib.
Müəllifin həftənin günləri ilə adlandırdığı silsilə romanlar çox xoşuma gəldi. Əgər desert xətrinə yüngül , beyin yormayan , eyni zamanda maraqlı əsər oxumaq istəyirsinizsə bu silsilə romanlardan vaz keçməyin.
Birinci kitab “Çərşənbə gününədək arvad” adlanır. Əsərin orijinalı ingilis dilindən oxumaq istəyənlər olsa “Wife by Wednesday” əldə edib oxuya bilər.
Keçək əsərin özünə. Hadisələr paralel olaraq ABŞ və İngiltərədə baş verir. Hər şey atasının vəsiyyətinə görə 36 yaşı tamam olana kimi evlənməyə məcbur olan , yoxsa atasının var dövlətini və hersoq titulunu gözə almalı olan Bleyk Harrisonun özü üçün müvəqqəti arvad axtarmaq istəyi ilə başlayır. BU məqsədlə “ittifaq” adlı evlənmə bürosuna müraciət edən gələcək hersoq firmanın təklif etdiyi xanımları deyil məhz firmanın təsisçisi olan Sam Elliotla müqavilə bağlayır. Sam bu təkliflə özünü təhqir olunmuş hesab etsə də bacısının müalicəsi üçün təklif olunan pul onu bu işə razılıq verməyə vadar edir.
Çox maraqlı süjet xətti və xoşbəxt sonluğu olan kitaba zaman ayırmağa təəssüflənməyəcəksiniz.
Xoş mütaliələr.
Congratulations @jale-85! You have completed the following achievement on the Steem blockchain and have been rewarded with new badge(s) :
Click here to view your Board of Honor
If you no longer want to receive notifications, reply to this comment with the word
STOP
Do not miss the last post from @steemitboard:
Thank you .
Congratulations @jale-85! You have completed the following achievement on the Steem blockchain and have been rewarded with new badge(s) :
Click here to view your Board of Honor
If you no longer want to receive notifications, reply to this comment with the word
STOP
thank you