Steemitdə ilk günüm.

in #steemix6 years ago

Mən Jaləyəm.

Mən anayam. 12 yaşlı ağıllı və şirin qızın anası.
Mən qadınam. Özünə hörmət etməyi bacaran qadın.
Mən insanam. Həyatda öz önəmimi hiss edən insan.
Mən vətəndaşam. Hüquqlarını bilən və tələb edən, eyni zamanda vəzifələrimi də icra edən vətəndaş.

Mən xoşbəxtəm. Sizin də olmağınızı diləyirəm.
Mən oxucuyam. Həm də zövqlü oxucu.
Mən kitabları çox sevirəm. Bu sevgi məni ömrüm boyunca təqib edib. Bəlkə də bu sevgi olmasayda indi bu sətirləri yazmazdım. Hər kitabın qəhrəmanı ilə az da olsa yaşamışam. Ən azı kitab bitənə kimi. Bəzən qəhrəmanın xarakterində nə dərəcədə mən varam deyə müqayisə də etmişəm. Bəzən isə qəhrəmanın o an üçün etdiyi hərəkəti bəyənməyib ürəyimdə mən necə edərdim sualını da vermişəm.

Müdriklərdən biri deyib ki, insan nə üçün dünyaya gəldiyini bilmədən ölməməlidir. Bu sualın cavabı isə hələ də axtarışdadır.
Bizim yaşadığımız cəmiyyətdə kitaba pul qədər dəyər verilmir. Amma kitabın dəyərini anlayanın necə zəngin olduğunu da yalnız biz bilirik. Əgər siz bu yazını oxuyursunuzsa o zaman bizim artıq biz ortaq cəhətimiz var. Kitab sevgisi.

Sort:  

Xoş gəldiniz. Daima sağlam ömür və doğruları ilə yaşayan bir cəmiyyət arzu edirəm. Rəvan qardaşıma təşəkkür edərdim. Sizin kimi insanlarla bizi də tanış etdiyi üçün. Puldan az danışan, eləcədə doğru fikir axtarışında olan və cəsarətli insanlar az tapılır. Sizinlə həmfikir olacağımı və yazılarınızı zövqlə oxuyacağımı güman edirəm. Cəmiətin əsas qüvəsi olan qadınlar həqiqətləri həm özləri həmdə ailələrinə tətbiq edə bilən qüvvədir. Gələcək nəsillər üçün yeganə qalan miras onlardan ötürülür. Həmçimin fikirlərini və özünü ifadə etmək bacarığı. Bu indiki cəmiətimizdə hələki çox geridə qalıb. Uğurlar.......👏👏👏 👍 😊👌

Təşəkkür edirəm! Sizinlə razıyam. Qadın cəmiyyətin aparıcı qüvvəsidir. Evdə övlad tərbiyəsi ilə ən çox qadın məşğul olur. Ona görə də o savadlı olmalıdır, dünyagörüşlü olmalıdır ki, böyüyən nəsil də ondan nümunə götürə bilsin, məsləhət ala bilsin.

Welcome to Steem jale-85! Partiko is officially the fastest and most popular mobile app for Steem. Unlike other Steem apps, we take 0% cut of your earnings! You can also be rewarded with Partiko Points while using Partiko and exchange Partiko Points for upvotes!

Partiko for Android can be downloaded here on Google Play and the iOS version is available here on the App Store.

If you have more questions, feel free to join our Discord channel and ask @crypto.talk, we're always here to help!

Thank you so much for your interest!

Congratulations @jale-85! You have completed the following achievement on the Steem blockchain and have been rewarded with new badge(s) :

You published your First Post
You received more than 100 upvotes. Your next target is to reach 250 upvotes.

Click here to view your Board of Honor
If you no longer want to receive notifications, reply to this comment with the word STOP

Do not miss the last post from @steemitboard:

Be ready for the next contest!

Support SteemitBoard's project! Vote for its witness and get one more award!

Xoş gəldiniz.

Çox sağ olun, Vasif bəy. Təşəkkür edirəm.

Steemite hoşgeldiniz. Kızlar anneelerine arkadaş gibidir . Benim de bir kızım ve bir oğlum var.
Güzel paylaşımlarınızı bekliyoruz . 😃

Təşəkkür edirəm. Bacardıqca yazacağam.

Salam Jalə xanım, xoş gəlmisiniz. Bu qədər gözəl özünü tanıdım paylaşması oxumamışdım.

Çox sağ olun , İlahə xanım. Bir qədər gec cavab yazdım , üzürlü bilin. Başım qarışıq idi. Sizin ürəyinizin gözəlliyi yazını daha da mənalı edib. Təşəkkür edirəm. :)

Xoş gəlmisiz, uğurlar arzulayıram.

Çox sağ olun. Təşəkkür edirəm :)